Əlaqə Arxiv
news Image
2016.02.03
14:31
| A A A
Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılıb

Azərbaycan prezidenti Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.Movqe.az-ın məlumatına görə, Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılmasının məqsədi Azərbaycanın qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etməkdir.Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin təsisçisinin səlahiyyətləri Azərbaycan prezidenti tərəfindən həyata keçirilir.Müəyyən edilıb ki, Maliyyə Bazarlarına Nəzarət Palatasında 5 nəfər üzvdən ibarət Direktorlar Şurası yaradılır.

Sizin Reklam Yeriniz