Əlaqə Arxiv
news Image
2012.11.30
13:33
| A A A
Belarusda 7-ci Avropa və Asiya Media Forumu keçiriləcək

Dekabrın 9-12-də Belarusun paytaxtı Minsk şəhərində Rusiyanın "RİA Novosti" agentliyinin təşəbbüsü ilə 7-ci Avropa və Asiya Media Forumu keçiriləcək.

APA-nın xəbərinə görə, forumda MDB ölkələri, Gürcüstan və Baltik ölkələrindən olan 200-dən çox KİV rəhbəri iştirak edəcək. Toplantıya APA-nın baş direktoru Nurşən Quliyev də qatılacaq. 

İştirakçılar inteqrasiya layihələrinin perspektivi, KİV və cəmiyyətin qarşılıqlı fəaliyyəti, postsovet məkanında yeni medianın strukturu və fəaliyyət xüsusiyyətlərini müzakirə edəcəklər. Forum plenar iclaslar və diskussiyaların aparılacağı sessiyalar formatında işini davam etdirəcək. Yığıncaq çərçivəsində 2012-ci il üçün ən yaxşı media layihəsi müsabiqəsinin qalibləri mükafatlandırılacaq. İştirakçıların Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşü də nəzərdə tutulub.   

Qeyd edək ki, Avropa və Asiya Media Forumu ilk dəfə 2006-cı ildə keçirilib.

Sizin Reklam Yeriniz