Əlaqə Arxiv
news Image
2012.12.03
16:01
| A A A
Azərbaycanla Avropa Birliyi arasında assosiativ sazişə dair danışıqların növbəti raundunun tarixi açıqlanıb

Azərbaycanla Avropa Birliyi arasında assosiativ saziş haqqında danışıqların növbəti raundunun gələn ilin əvvəlində Bakıda keçirilməsi planlaşdırılır.

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia verib.

O qeyd edib ki, bu barədə ötən həftə Brüsseldə keçirilmiş görüşdə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev və danışıqlarda AB nümayəndə heyətinə rəhbərlik edən Con Krayer arasında razılaşma əldə olunub: "Hələlik Bakı ilə Brüssel arasında bu məsələ ilə bağlı aktiv videokonfranslar keçirilir. Lakin tərəflər videokonfranslarda əldə olunmuş tərəqqini daha da möhkəmlətmək, assosiativ sazişin imzalanmasına dair danışıqları sürətləndirmək üçün danışıqların növbəti plenar raundunu keçirmək qərarına gəliblər".

Səfir danışıqların gələn ilin yanvar-fevral aylarında keçiriləcəyini, dəqiq tarixin diplomatik kanallar vasitəsilə dəqiqləşdirildiyini deyib: "Bəzi ölkələr bu məsələdə Azərbaycanı qabaqlayır, amma mən Azərbaycanın danışıqları aparmaq və sürətləndirmək arzusunu görürəm". 

Sizin Reklam Yeriniz