Əlaqə Arxiv
news Image
2016.04.06
21:00
| A A A
Nazarbayev də İlham Əliyevə zəng etdi

Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Movqe.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon söhbəti zamanı Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələr və atəşkəs razılaşmasının əldə olunmasından sonrakı vəziyyət müzakirə edilib, münaqişənin beynəlxalq hüququn normaları əsasında ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həllinin vacibliyi vurğulanıb. Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələri ilə bağlı fikir mübadiləsi aparılıb.


Sizin Reklam Yeriniz