Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Azərbaycanın Ümumdünya Ticarət Təşkilatı (ÜTT) prosesi çərçivəsində ikitərəfli və çoxtərəfli danışıqlarda iştirak etmək üçün dekabrın 3-7-də Cenevrədə səfərdə olacaq.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində ABŞ, Avropa İttifaqı, Kanada, Norveçlə mallar və xidmətlər üzrə ikitərəfli, Azərbaycanın kənd təsərrüfatına daxili dəstək məsələləri üzrə çoxtərəfli danışıqların aparılması, eləcə də ÜTT-ə hazırlıq üzrə İşçi Qrupunun 10-cu iclasının keçirilməsi nəzərdə tutulur.
Danışıqlarda Azərbaycanın təqdim etdiyi mallar və xidmətlər üzrə yenilənmiş təkliflər, kənd təsərrüfatına daxili dəstək məsələləri və ölkənin ticarət sistemi mövzuları ətrafında müzakirələr aparılacaq.