Əlaqə Arxiv
news Image
2013.01.23
17:30
| A A A
İlham Əliyev Əhməd Davudoğlu ilə görüşüb

Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 23-də Davosda Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşü olub.Görüşdə Azərbaycanla Türkiyə arasında münasibətlərin bütün sahələrdə inkişafından məmnunluq ifadə edildi. Ölkələr arasında həyata keçirilən bir sıra qlobal layihələrin, o cümlədən Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinin əhəmiyyəti qeyd olunub, Azərbaycan-Türkiyə əməkdaşlığının bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və digər məsələlər müzakirə edilib.

Sizin Reklam Yeriniz