Əlaqə Arxiv
news Image
2017.04.28
22:00
| A A A
Tez qocalmaq istəməyənlər - Bunları Yeməyin!

Şam yeməyində yediyiniz yaxşı bişmiş bir ətin yaşlanmağınıza təkan verdiyinizi heç bilirdiniz?

Movqe.az  milli.az-a istinadən bildirir ki, orqanizmə təsir edərək, qocalmağa səbəb olacaq qidalarla tanış ola bilərsiniz.
 
Sənaye südü (quru süd)
 
Bu südlər hormon tarazlığını pozaraq, məsamələrin tıxanmasına də səbəb ola bilərlər.
 
Yanmış ətlər
 
Çox bişmiş ət bədəndəki kollagen quruluşa, ürəyə və ciyərlərə zərər verir.
 
Çipslər
 
Kartof çipslərinin olestra (sintetik yağ əvəzi) adlı bir maddə ilə istehsal olunur. Bu maddənin zərəri bədəndəki vitaminlərə yapışaraq, çölə atılmasını təmin etməklə baş verir. Bunların içərisində qocalmağa mane olan antioksidantlar da var.
 
Rəfinələnmiş şəkər
 
Bədəndəki kollagenlərə yoluxan rəfinələnmiş şəkərlər dərinin sərt və cansız olmasına səbəb olur.
 
Enerji içkiləri
 
Kofein və şəkər ehtiva edən bu içkilər uşaqlar qədər böyüklərə də zərər verir.
 
Qızarmış yeməklər
 
Çox istiliyə məruz qalan qidalarda dəridə ki, kollageni parçalayan sərbəst radikallar ortaya çıxır. Bu da yaşlanmanın ən böyük səbəblərindəndir.
 
Şirniyyat dükanlarından alınan məhsullar
 
Bu məhsullarda hidrogen nəbatı yağlar (doymamış yağların sənayedə hidrogen ilə doyurulması yolu ilə əldə edilir) istifadə edilir və olduqca zərərlidir.
 
Qluten
 
Qluten dözümsüzlüyü dəridə yaşlanma və ağrılı bağırsaq xəstəliyinə səbəb ola bilər.
 
Marqarin
 
Orqanizmdə susuzlaşmaya səbəb olan pis yağlar dəridə qırışlara yol açır.
 
Duzlu yeməklər
 
Bədəninizdəki bütün suyu sovuran natrium, bədəninizin reaksiya olaraq su yığmasına və şiş görünməsinə səbəb olur.
 
Qazlı içkilər
 
Bol şəkər ehtiva edən bu məhsullar dərinin solğun və cansız görünməsinə səbəb olur.
 
Karbohidrat
 
Qandakı şəkər səviyyəsində sürətli yüksəlmə və azalmalara səbəb olduğu kimi, kollagen quruluşa da zərər vurur.

Sizin Reklam Yeriniz