Əlaqə Arxiv
news Image
2017.06.06
19:00
| A A A
Ayaq ağrıları bu xəstəliklərin xəbərçisidir

Ayaqlarda baş verən dəyişikliklər bir çox xəstəliyin xəbərçisi ola bilər. Onları təqdim edirik:
Soyuq ayaqlar
 
Ayaq barmaqlarınızın həmişə soyuq olmasının səbəbi zəif qan dövranı ola bilər. Zəif qan axını siqaret, yüksək təzyiq, ya da ürək xəstəliyi ilə bağlı yaşanan qan dövranı pozğunluğu ilə əlaqəlidir. Şəkər xəstəliyinin nəzarətsiz buraxılması ilə əlaqəli yaşanan sinir fəsadı ayaqlarınızı soyuq hiss etmənizə səbəb ola bilir. Digər səbəblər sırasına hipotiroidzm də aid ola bilər.
 
Ayaq ağrısı
 
Ayaqlarınız uzun bir günün sonunda ağrayırsa, yanlış ayaqqabı seçiminizdən qaynaqlana bilər. Əgər dikdaban ayaqqabı geyinirsizsə, ayaq ağrısı ilə mütləq qarşılaşacaqsız. Basketboll, qaçış zamanı yaşanan qırılmalar, çatlamalar da ayaq ağrılarına səbəb olar. İltihablı revmatizm hallarında oynaqlarla yanaşı ayaqlar da təsir görə bilər.
 
Qırmızı, ağ və mavi ayaq barmaqları
 
Raynaud xəstəliyi ayaq barmaqlarınızı ilk əvvəl mavi, sonra ağ və təkrar öz rənginə çevirir. Bunun səbəbi ani damar tutulmaları zamanı yaşanan damar spazmalarıdır. Stress, ya istilik dəyişimləri, skleroderma, romatoid artrit, sjoqren xəstəliyi, revmatizm və tiroit problemləri də bu xəstəliyə səbəb olur.
 
Topuq ağrısı
 
Topuq ağrısının əsas səbəbi topuqdan baş barmağa qədər uzanan "plantar fasia" olaraq adlanan hissədə yaranan iltihablardır. Səhərlər oyandıqda və ayağınızın üzərinə basdıqda ağrı kəskin ola bilər. Bunun nəticəsində epin kalkanei – topuq tikanı adlanan sümük çıxıntıları yarana bilər. Ankilozan spondilit qrupu xəstəlikləri üçün vacib bir xəbərdarlıqdır. Topuq ağrısının digər səbəbləri də artrit, həddən çox idman və yanlış ayaqqabı seçimidir. Daha az rastlanan səbəbi isə topuq altındakı sümükdə yanğı, şiş, ya da qırıq sümük ola bilər.
 
Ayağı sürütləyərək yerimək
 
Bunun əsas səbəbi periferik sinir fəsadının səbəb olduğu duyğu itkisidir. Bu halların təxminən 30 faizi şəkər xəstəliyi ilə əlaqələndirilir.(ailem.az)

Sizin Reklam Yeriniz