Əlaqə Arxiv
news Image
2018.10.17
14:00
| A A A
Belə qidalar zəhərlənməyə səbəb olur - SİYAHI

Yorğunluq, üşütmə, baş ağrısı, baş gicəllənməsi, ürək problemləri, ishal, görmə pozuqluğu... Sadaladığımız bütün bu problemlərə yayda tez-tez rast gəlinən qida zəhərlənməsi səbəb olur. Qidalarda çoxalan bakteriyalar sağlamlığımızı ciddi şəkildə təhlükə yaradan qidadan qaynaqlanan zəhərlənmələrə gətirib çıxarır. Üstəlik bəzi bakteriyalar qidanın dadını, qoxusunu və görünüşünü dəyişdirdikləri üçün anlamaq olur, amma bəzilərinin fərqinə varmaq mümkün olmur.

Miovqe.az ailem.az-a istinadən dietoloq İpək Ertanın qida zəhərlənməsindən qorunmaq üçün nələrə diqqət etmək lazım olduğunu diqqətinizə çatdırır.

1. Ət parlaq qırmızı rəngdə olmalıdır
Ətlərin üzərində nəzarət damğası mütləq olmalıdır. Ətin dərisində parçalanma, qan laxtası, çürümə əlamətləri olmamalı, toxuması çox təzə, parlaq qırmızı rəngdə olmalıdır. Diqqət yetirməniz lazım olan bir başqa nöqtə də ətin xoş ətirli olmasıdır.

2. Toyuğu bütün olaraq alın
Toyuğun əti diri olmalı, barmağınızı basdıqda yaranan çuxur, barmağınızı götürdükdə dərhal düzəlməlidir. Toyuğu parça halında almağa üstünlük verin. Bütün olaraq alınan toyuqların təzəliyinə nəzarət etmək çox daha asan olur. Təzə toyuğu soyuducuda 1-2 gündən çox gözlətməyin, dondurulmuş toyuq ətini isə -18 dərəcədə saxlaya bilərsiniz.

3. Balığın gözləri parlaq və ləkəsiz olsun
Balığın gözlərinin parlaq və ləkəsiz, qəlsəmə qisimlərinin qırmızımtıl çəhrayı, pulları və üzgəclərinin diri olmasına diqqət edin. Həm də əzələləri sərt və elastik vəziyyətdə, qoxusuz, ətinə basıldığı zaman barmaq izi dərhal düzələcək şəkildə olmalıdır. Balığı təmizlədikdən sonra kağıza bükərək saxlayın. Soyuducuda bir gündən çox gözlətmək məsləhət görülmür.

4. Qıymanıı bir gündən çox gözlətməyin
Böyük parçalı ətləri soyuducuda 2 gündən, qıymağı da 1 gündən çox gözlətməmək lazımdır. Əgər ət buzluqdadırsa təzəliyini 6 ay qoruya bilir. Əti daha az miqdarlara ayıraraq buzluqda saxlamaq lazımdır.

5. Donmuş əti otaq istiliyində açmayın
Dondurduqan sonra əti otaq temperaturunda deyil, soyuducunun alt qisimində gözlədərək açmağa diqqət edinş. Otaq istiliyində açılan ətdə bişirmə zamanına qədər sizi zəhərləyəcək qədər sürətlə bakteriya yaranmış olur. Bu səbəbdən əti istifadə etmədən bir gün əvvəl buzluqdan alın və aşağı hissəsində 4 dərəcədə açın. Donmuş əti açdıqdan sonra dərhal istifadə edin və təkrar buzluğa qoymayın.

6. 150 dərəcənin üzərində bişirin
Böyük parça əti bişirərkən ətin daxili istiliyinin yüksəlməsinə diqqət yetirməlisiniz. Bunun səbəbi isə uzun müddət və aşağı istilikdə bişirilən ətlərdə bakteriya yaranmasıdır. Bu səbəbdən əti 150 dərəcənin üzərində bişirməlisiniz.

7. Otaq istiliyində 2 saatdan çox gözlətməyin
Bişirilmiş heç bir yeməyi otaq istiliyində 2 saatdan çox saxlamayın. Lazimi qədər soyuduqdan sonra soyuducuda saxlayın.

8. Yeyə biləcəyiniz qədərini istilədin
Əgər bir neçə porsiyonluk bir yemək hazırlamısınızsa sadəcə yeyəcəyiniz qədərini istilədin. Hər səfərində yeməyin hamısını isitsənız ikinci isitmənızdən sonra yemək xarab olacaq.

9. Yumurtanı bişirmədən əvvəl yuyun
Yumurta yuyulmadan, quru olaraq, soyuducuda 2-3 həftə təzəliyini itirmədən saxlaya bilir. Yyuyularaq qoyulması halında daha tez bayatlayır və xarab olur. İstifadə etməzdən əvvəl isə yumurtanı mütləq yuyun, beləcə çirkli yumurtadakı mikrobların yumurtanın içinə girməsinin qarşısını ala bilərsiniz. Həmçinin yumurtaya təmas etdikdən sonra əllərinizi yumağı unutmayın.

10. Dondurulmuş tərəvəzləri dərhal bişirin
Tərəvəzləri yüngül qaynadaraq və ya təmizlədikdən sonra yeyiləcək qədər porsiyonlara ayırıb elə dondurun. İstifadə zaman isə donu açılmadan bişirməyə çalışın.

11. Kəsmə taxtasından nəmli şəkildə stifadə etməyin
Əslində kəsmə taxtası üçün ən uyğun material şüşədir. Lakin əksər hallarda taxta və plastik kəsmə taxtalarından istifadə edilir. İstifadə etdikdən sonra dərhal yuyub sirkə ilə təmizləyin və qurudun. Taxtanızın üzərində çox cızıq varsa mütləq onu rəndələyin. Xüsusilə çiy ət üçün fərqli bir kəsmə taxtası seçməniyinizdə fayda var.

12. Hava keçmiş konserv qidaları yeməyin

Hava almış konservlər dad, qoxu və görünüşdə hər hansı bir dəyişiklik göstərməsələr də qəti şəkildə onlardan istifadə etməyin. Qapağını açdıqdan sonra içindəki yemək fışqıran konservləri də dərhal atın .

13. Mayonezə diqqət edin
Mayonez və ya onun kimi içərisində çiy yumurta olan souslar yaz aylarında çox diqqətli şəkildə istehlak edilməlidir. Xüsusilə çöldə yemək yediyiniz zaman içinə mayonez əlavə olunmuş qidaları yeməməyiniz məsləhətdir və bu sizi ehtimal zəhərlənmədən qoruyar.

14. Pasterizə südləri 2-3 gün ərzində istifadə edin
Südün pasterizə olmasına diqqət edin və paketi açdıqdan sonra 2-3 gündə bitirin. Uzun ömürlü südləri qutularda və açılmadan, otaq temperaturunda ay yarım, soyuducuda 3 ay saxlanıla bilər. Südü açıq olaraq götürmüsünüzsə 5 dəqiqə qaynatmalı və dərhal soyutmalısınız. Soyutduqdan sonra soyuducuda ən çox 3 gün gözlədə bilərsiniz.

Sizin Reklam Yeriniz