Əlaqə Arxiv
news Image
2017.10.27
12:34
| A A A
Azərbaycanda şəkər xəstələrinin sayı artıb

Azərbaycanda rəsmi qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı ötən illə müqayisədə  bu il 12 faiz artıb. Movqe.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Respublika Endokrinoloji Mərkəzinin həkimi Nərmin İsmayılova deyib. O, qeyd edib ki, bu ilin ilk 8 ayı ərzində Azərbaycanda 241 323 şəkərli diabet xəstəsi qeydə alınıb. "Onlardan 29 830 nəfəri I tip, 211 493 nəfəri II tip şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Respublika üzrə şəkərli diabet xəstəsi kimi qeydiyyata alınan uşaqların sayı 1543 nəfərdir. Onların 1522-si I tip, 21-i II tip şəkərli diabet xəstəsidir ".

N.İsmayılova bildirib ki, xəstələrin 73 367 nəfəri Bakı şəhərində qeydiyyatdadır. Onların 556-sı uşaqdır: "Şəkərli diabet insan orqanizmində fəsadlaşmalara yol açır. Dünyada belə xəstələrin 90 faizi II tip şəkərli diabet xəstələridir. Xəstəliyin yaranma müddəti uzun vaxt çəkir. Ona görə də əsas məqsəd xəstəliyin ilkin diaqnozunu erkən vaxtda təyin etməkdir. Şəkərli diabet bütün orqanlara, xüsusilə göz, böyrək, ürək və aşağı ətraflara fəsadlar verir. Düzgün qidalanma, düzgün həyat tərzi xəstəliyin qarşısını alan amillərdəndir. Bu gün xəstəliyin artmasına təsir edən səbəblər arasında kompüter arxasında çox oturmaq, passiv həyat tərzi, "fasd-food" qidalarından istifadədir". 

N. İsmayılova bildirib ki, endokrinologiyanın ikinci əsas problemi qalxanvari vəz xəstəliyi ilə bağlıdır. Belə xəstələrin sayı getdikcə artır. Bu daha çox qadınlarda, əsasən də hamiləlik dövründə müşahidə olunur. Piylənmə də endokrinoloji xəstəliklərin yaranmasında başlıca səbəbdir.

Zülfiyyə QULUYEVA

Sizin Reklam Yeriniz