Əlaqə Arxiv
news Image
2017.12.22
16:58
| A A A
Əksəriyyətimizin sirr saxladığı xəstəlik - 49 milyon insan bundan qurtulub

Koxun vərəm törədicilərini aşkarlamasından düz 135 il ötsə də və ötən müddətdə tibbin xeyli irəlilədiyi iddia olunsa da, görünən odur ki, xəstəlik yaratdığı risk təhlükəsi ilə hələ də dünyaya meydan oxumaqda davam edir.

Bu xəstəliyə qarşı illərdir mübarizə aparılmasına baxmayaraq, dünyada onun ləğvinə hələ də tam nail olunmayıb.

Problemin həllinin vacibliyini nəzərə alan Birləşmiş Millətlər Təşkilatı 2030-cu ilə gədər Davamlı İnkişaf üzrə təyin etdiyi məqsədlərdən birinin vərəmin global epidemiyasının ləğv edilməsi olduğunu açıqlayıb.

Xəstəlik hallarının 60%-i bu ərazilərdə baş verir

Hesablamalara görə, 2015-ci ildə ildə 10,4 million insan vərəm ilə xəstələnib ki, onların da 5,9 milyon (56%) nəfəri kişi, 3,5 milyon nəfəri (34%) qadın və 1 milyon nəfəri (10%) uşaq olub. Yeni xəstəlik hallarının 60%-i Hindistan, İndoneziya, Cin, Nigeriya, Pakistan və Cənubi Afrikanın payına düşür.
2000-2015 illər ərzində dünyada bu xəstəlikdən ölüm halları 22% azalıb və bu azalma hazırda da davam edir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, 2010-cu ildən ölüm hallarının ən yüksək azalma tempi Şərqi Aralıq Dənizi və Avropa bölqəsində (ildə 6,5% və 6,2% müvafiq), ən zəif tempi isə Afrika regionunda (ildə 2,2%) müşahidə olunub.
ÜST problemin ciddiliyini nəzərə alaraq, ÜST ölkələri 2030-cu ilə qədər vərəmdən ölüm hallarının sayını 2015-ci illə müqayisədə 90%, vərəmlə xəstələnmə göstəricisini isə 80% azaltmağa çağırır.

Gizli saxlanılan xəstəlik

ÜST-nin Avropa regionun məlumatlarına əsasən, vərəm hallarının çoxu, yəni 45 faizi 25-44 yaşlı insanların payına düşür. Əslində, xəstəliyin bu yaşda olan gənclər arasında yayılmasına bir təsadüf kimi də yanaşmaq olmaz. Bu gün cəmiyyətdə vərəmə qarşı güclü stiqmanın olması, gənc yaşda xəstəliyə yoluxanların öz xəstəliyini gizlətməyə cəhd etməsi onun qarşısını almağa mane olan ən əsas səbəblərdən biri hesab edilə bilər.

Milli.Az xəbər verir ki, Azərbaycan Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktor müavini İradə Axundova da Trend-ə açıqlamasında bildirib ki, Azərbaycanda vərəmli xəstələrə qarşı münasibətdə çox böyük stiqma var. Buna görə də Azərbaycanda vərəm xəstələri öz xəstəliklərini aşkarlamağa maraq göstərmir, xəstəliklərini qapalı saxlamağa daha çox üstünlük verirlər. Bu hal daha çox cavanlar, xüsusilə də qızlar arasında müşahidə edilir: "Ailəsində vərəm xəstəsi olan insanların çoxu elə fikirləşir ki, onların ailə üzvlərindən birinin xəstə olduğu məlum olarsa, qohum-qonşu onlardan üz döndərəcək. Onlar ailələrində vərəm xəstəsi olmasını ailənin rüsvayçılığı hesab edirlər. Belə stiqmaya görə də vərəm xəstəsi olan şəxs xəstəliyini gizli saxlayır və müalicə üçün birbaşa həkim-ftiziatra deyil, vərəmin müalicəsi ilə tam məşğul ola bilməyən digər həkimlərə müraciət edirlər".

Azərbaycana gəldikdə...

Mütəxəssislər ÜST-nin məlumatlarına əsaslanaraq, belə hesab edirlər ki, Azərbaycan dünyada vərəmin ən az yayıldığı ölkələrdən biri sayıla bilər.
ÜST-nin Avropa Regional Bürosunun məlumatına əsasən, Azərbaycanda hər 100 000 əhali arasında qeydə alınan yeni vərəm halları 2010-2016-cı illərdə xeyli azalıb.

2010-cu ildə Azərbaycanda hər 100 000 əhali arasında vərəmlə xəstələnmə göstəricisi 53,4 nəfər (ağciyər vərəmi ilə xəstələnmə göstəricisi 42,6 nəfər, ağciyərdən kənar vərəmlə xəstələnmə göstəricisi 10,7 nəfər) olduğu halda, 2016-cı ildə bu göstərici 38,9 nəfər (ağciyər vərəmi ilə xəstələnmə göstəricisi 29,9 nəfər, ağciyərdən kənar vərəmlə xəstələnmə göstəricisi 9) olub.

İ.Axundova bildirib ki, Azərbaycanda vərəmlə bağlı epidemioloji göstəricini yaxşı saymaq olar.

Onun sözlərinə görə, ölkədə vərəmdən ölüm hallarının azalması da bunu bir daha təsdiq edir. 2012-ci ildə Azərbaycanda hər 100 000 nəfər əhali arasında ölüm göstəricisi 4,1 nəfər olduğu halda, 2016-cı ildə bu göstərici 3,8 nəfər olub. Ölkədə yeni vərəm hallarının da sayı azalmaqdadır. Yalnız 2011-2015-ci illər arasında vərəmdən ölüm hallarınını sayı 8.3% azalıb.

Sizin Reklam Yeriniz