Əlaqə Arxiv
news Image
2017.12.26
13:45
| A A A
Saça baxıb depressiya səviyyəsini müəyyən edirlər

Alimlər stress hormonu, kortizolu (Kortikosteroid hormon) saç komponentləri üzərində araşdırma apararaq, stressin səviyyəsini ölçə bildiklərini açıqlayıblar.

Movqe.az musavat.com-a istinadən bildirir ki, Rusiya Elmlər Akademiyasının Yüksək Sinir Fəallığı və Neyrofiziologiya institutundan Nataliya Qulyayeva rəhbərlik etdiyi qrupu ilə əvvəllər qan analizi ilə ölçülə bilən stress səviyyəsini müəyyən etmək üçün yeni bir üsul kəşf ediblər. Stressin formalaşması və bədən üzərindəki təsirlərini araşdıran alimlər, saç komponentlərindən stress hormonu olan kortizolu araşdıraraq, stress səviyyəsini müəyyən etməyə nail olublar.

Mövzu ilə bağlı məqalələri "Metabolic Brain Disease" jurnalında dərc etdirən alimlər, qadınların kişilərə nisbətən daha çox meylli olduğu stressin köklük daxil olmaqla, müxtəlif xəstəliklərə səbəb olduğunu və bunun stressi düzgün qarşısını ala bilinməməsindən qaynaqlandığını bildiriblər.

 

Saçların insanın həyatı boyunca bütün yaşadıqları barədə məlumat verməsi yanaşması ilə hərəkət edən alimlər, araşdırma zamanı 20 qadının stress səviyyəsini ölçüblər. Araşdırma nəticəsində depressiya problemi olan qadınlarda kortizol səviyyələrinin daha aşağı olduğu və bu nisbətin depressiya nisbəti ilə tərs mütənasib olaraq dəyişdiyi ortaya çıxıb. Araşdırma həmçinin depressiyadan əziyyət çəkən qadınlarda hipotalamus-hipofiz-adrenal sisteminin təzyiq altında olduğunu göstərib.

Sizin Reklam Yeriniz