Əlaqə Arxiv
news Image
2018.10.12
22:30
| A A A
İsti havada soyuq su içmək təhlükəlidir - Bu xəstəliklərə səbəb olur

Uzun müddət ərzində istidə olduqdan sonra insanların əksəriyyəti tez sərinlənmək üçün buz kimi soyuq su seçir.

Lakin bu çox təhlükəli fəsadlara gətirib çıxara bilər.

İstidə qan damarları genişlənir, soyuq suyun içilməsi isə onların anı sıxılmasına gətirib çıxardır. Bu da nəticədə ürək tutması və hətta insulta səbəb ola bilər. Bu xüsusilə yaşlı və ürək-damar sistemi xəstəlikləri olan insanlar üçün təhlükəlidir.

Bütün bunları nəzərə alaraq mütəxəssislər isti havada otaq temperaturunda olan suyu içməyi tövsiyə edirlər.

\\Saglamolun.az

Sizin Reklam Yeriniz