Əlaqə Arxiv
news Image
2018.10.09
11:21
| A A A
Bu əlamətlər sonsuzluğa işarə edir

Bir çox ölkələrdə 7 cütlükdən biri sonsuzluq problemindən şikayətlənir. Hamilə qalmağa çalışanlar üçün hər ay edilən hamiləlik testinin neqativ nəticələnməsi ciddi xəyal qırıqlığına da səbəb olur. Bu cür vəziyyətlərdə süni mayalanma son çarə kimi düşünülür. Lakin müalicəyə başlamazdan əvvəl sonsuzluğun səbəblərini araşdırmaq lazımdır.

Movqe.az lent.az-a istinadən sonsuzluğun 5 səbəbini və nə etmək lazım olduğunu bu cür sıralayıb.

Yumurtlama problemi

Polikistik over sindromu menstruasiya tsiklinda nizamsızlığa və kişilik hormonlarının artmasına səbəb olur. Təxminən 10-15 faiz qadınlarda müşahidə edilir. Qadınlarda yumurtlamağa mane olan ən çox yayılmış səbəblərdən biri də budur. Bununla yanaşı, həddən çox kök, piyli və ya həddən artıq arıq olma səbəbləri, eləcə də tiroid vəzlərindəki nizamsızlıq da yumurtlamağa mane olur.

Bu halda edə biləcəyiniz ən vacib iş bədənizi sağlam və normal çəkiyə salmaqdır. Polikistik over kimi problemin olub-olmamasını da yoxlasanız, yaxşı olar. Mütləq həkiminizlə danışın və sizin üçün ən ideal müalicəyə başlasın.

Həyat yoldaşınızda problem ola bilər

Hər gün dəyişən ekoloji problemlər, həyat tərzi və qidalanma vərdişlərindəki dəyişikliklər get-gedə kişi sonsuzluğunun artmasına səbəb olur. Əgər həyat yoldaşınız həddən artıq kökdürsə və ya siqaret çəkirsə, bu, sizin hamilə qalmağınızı mane olan ən böyük səbəblərdən biridir.

Bu halda ciddi-cəhdlə ərinizin arıqlaması və siqaretdən imtina etməsinə nail olmalısınız. Bundan sonra isə ərinizlə həkimə gedin və onun sperma sayının test edilməsinə nail olun.

Kifayət qədər sağlam yumurtanız yoxdur

 

Bir qadın bəlli sayda yumurta ilə doğa bilər. Lakin illər ötdükcə sağlam yumurta sayı azalır. 30 yaşında sağlam bir qadının hamilə qalma şansı 20 faizdir. Erkən yaşda bu problemin səbəbi isə menopauza və menstruasiya nizamsızlığıdır.

Bu halda ilk növbədə yumurtalarınızın sağlam olması üçün çəkinizi azaltmalı və əgər siqaret çəkirsinizsə, bunu tərgitməlisiniz. Hamilə olmaq istəyirsinizsə və sağlam yumurta sayınız kifayət qədər deyilsə, həkiminizə müraciət edin, sizin üçün uyğun müalicəyə başlasın.

Endometriozis

Bu xəstəliyə el arasında şokolad kistası da deyilir. Qadının hər ay nizamlı menstruasiyasını təmin edən uşaqlıq yolu toxumasının (endometrium) uşaqlıq yolu xaricində, borularda, yumurtalıqlarda və ya qarnın pərdəsində yerləşməsi ilə xarakterizə edilir. Hər menstruasiya vaxtı uşaqlıq xarici bölgələrdə qanamalar ola bilər. Bunun nəticəsində borularda, qarın pərdəsində yapışqanlıq, yumurtalıqlarda kist yarana bilər. Bu, artma dövründə olan insanlarda tez-tez müşahidə edilir, sancılı və ağır qanamalı menstruasiya dövrlərinə səbəb olur. Qadınlarda müşahidə edilən sonsuzluq səbəbinin 15-20 faizi endometriozislə əlaqədardır.

Bu halda, hamilə qalmağı şübhə altına salan endometriozis vaxt itirilmədən nəzarət altına alınmalıdır.

Uşaqlıq boruları tıxalı ola bilər

Fallop borularının bağlı və ya zədəli olması sonsuzluq səbəbinin 5-10 faizini təşkil edir. Boruların tıxalı olması daha əvvəl keçirdiyiniz əməliyyat, endometriozis və ya cinsi yolla keçən bəzi xəstəliklər səbəbindən baş verə bilər.

İlk növbədə boruların keçiriciliyinə əmin olmaq lazımdır. Borular tıxalı olduqda sperma hüceyrəsinin yumurta hüceyrəsinə çatıb onu dölləməsi şansı olmur. Bu halda süni mayalanma müalicəsi başlanmalıdı

 

Sizin Reklam Yeriniz