Əlaqə Arxiv
news Image
2018.10.10
13:30
| A A A
Tütünün daha bir ziyanı üzə çıxdı

Tütündən istifadə etmək ağ ciyər xərçəngi, astma, ağ ciyərin xroniki xəstəliklərinə səbəb olur.

Movqe.az "ölkə.az"-a istinadən bildirir ki, bioloqlar tütün məmulatlarının daha bir ziyanını aşkar ediblər. Məlum olub ki, siqaret çəkmək eyni zamanda immunitet sistemini də zəiflədir. 

"Çünki bir çox siqaret aludəçiləri kariesdən və ağız boşluğu xəstəliklərindən əziyyət çəkirlər. Buna görə də onların damağı siqaret çəkməyənlərə nisbətən daha gec sağalır. TNF-alfa zülalı və hBD-2 müdafiə rolunu oynayır. Siqaret tüstüsü isə bu zülalları məhv edir", - deyə Anita Aminoşari bildirib.

 

Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən, dünyada 1.1 milyard insan siqaret çəkir. Onların böyük hissəsi inkişaf edən dövlətlərdə yaşayır. Britaniyalı alimlərin son tədqiqatları sübut edib ki, siqaret çəkənlərin 60%-i məhz bu vərdişlərinə görə dünyasını dəyişirlər.

Son illər isə məlum olub ki, siqaret çəkmək qocalma prosesini sürətləndirir və lal-karlığa səbəb olur.

Sizin Reklam Yeriniz