Əlaqə Arxiv
news Image
2018.10.25
11:27
| A A A
Tanınmış kosmetoloq botoksla bağlı sirləri açdı: "Göz qapağınız qapana bilər"-Xəbərdarlıq

Gözəl görünmək hər bir xanımın arzusudur. Bu arzunun arxasınca gedərkən istəyinə çatanlar da var, gözəlləşmək istəyərkən olan-qalan gözəlliyini, təbiiliyini itirənlər də var...Günümüzdə tez-tez səslənən  “gözəllik qurban tələb edir” deyimi bəs görəsən bizi hansı halda qurbana çevirə bilər? 
Kosmetoloji yeniliklər, eləcə də bu sahədə son vaxtların aktual problemləri ilə bağlı suallarımızı “AY VİP STUDİO” nun tanımış həkim-kosmetoloqu Aytac Əsədova cavablandırıb...
-Aytac xanım son illər kosmetoloji xidmətlərə tələbat kəskin şəkildə artıb. Günümüzdə xanımların ən çox müraciət etdiyi kosmetoloji xidmətlər hansılardır? 
-Ən çox müraciət edilən kosmetoloji xidmət növləri xanımların yaş qruplarına görə bölünür. 20-25 yaşlı gənc qızlar ən çox dolğulara, xüsusilə dodaq, yanaq dolğusu kimi xidmətlərə müraciət edirlər. Ümumiyyətlə qeyd edim ki, son vaxtlar üz dərisinin Hollivood ulduzları kimi sərtləşdirilməsi daha çox dəbə minib. Amma orta yaşlı xanımlar isə alın, göz ətrafı, ağız ətrafı qaş arası qırışların açılması, üz dərisinin cavanlaşdırılması kimi kosmetoloji prosedurlardan daha çox yararlanırlar.
-Qırışların orta yaşlı xanımları daha çox narahat etdiyini vurğuladınız. Bunun üçün əsasən hansı kosmetoloji prosedur tətbiq olunur?

-Qırışların açılmasında ən çox tətbiq etdiyimiz prosedur botoksdur...

-Aytac xanım botoks qırışların açılmasında ən effektiv vasitə sayılsa da, bu kosmetoloji prosedurdan zərər çəkənlər də az deyil. Botoks hansı hallarda bizi tanınmaz hala sala, səhhətimizdə ciddi problem yarada bilər? Ümumiyyətlə fəsadları hansılardır? 
-Botoksun fəsadları təkcə onun keyfiyyətsiz olması üzündən yaranmır. Qeyd edim ki, botoksun kosmetoloq adı altında xidmət göstərən təsadüfi şəxslər tərəfindən vurulması daha çox problem yaradır. Çox təəssüf ki, pasiyentlər bu məsələyə bəzən həssas yanaşmırlar. Halbuki botoks vuran kosmetoloqun profesionallığı çox önəmlidir. Botoks prosedurunun yalnış tətbiqi, keyfiyyətsizliyi ptoz (yuxarı göz qapağının düşməsi və ya sallanması) kimi ciddi fəsad yarada  bilər. Buna əsasən botoks inyeksiyasından sonra rast gəlinir. Qazanılmış ptozlara çox təəssüf ki, botoks proseduru zamanı yol verilən yalnışlıqlar, keyfiyyətsiz botoksdan istifadə kimi hallar səbəb olur. 
-Belə başa düşdük ki, kosmetoloqun peşəkarlığı da bu məsələdə mühüm rol oynayır.
-Bəli, pasiyentlərə məsləhətim odur ki, kosmetoloji prosedurlardan yararlanarkən müraciət etdikləri kosmetoloqun ən azı tibbi savadının olub-olmadığını araşdırsınlar. Çünki, bu gün kosmetoloji prosedurlara tələbatın olması evdar qadınları da kosmetoloq olmağa ruhlandırıb. Hətta manikür-pedikür ustalarını da peşələrini dəyişərək kosmetoloq kimi fəaliyyət göstərməsi hallarına rast gəlinir. Kosmetoloq kimi fəaliyyət göstərən şəxs ən azından üz anatomiyasından xəbərdar olmalıdır ki, inyeksiyanı üzdə yalnış nöqtələrə vurmasın...
-Söhbətə yeni başladıqda gənc qızların dodaq və yanaq üçün dolğusu üçün kosmetoloqlara daha çox müraciət etdiyini söylədiniz. Amma danılmaz faktdır ki, bu gün dolğu səbəbindən dodağında, yanağında və digər əzalarında ciddi fəsad yaranan xanımlar da az deyil. Bu fəsadların yaranmasının əsas səbəbi nədir?
-Kosmetoloji prosedurlar arasında süni gellər ən çox fəsad verən  prosedurlardır. Süni gellər əsasən dodaq və yanaq nayihələrinə vurulsa da, bəzən savadsız “kosmetoloqlar” ondan göz altı nayihədə də istifadə edirlər. Biopolimerin bədəndən xaric olunması çox çətin prosedurdur. Buna əsasən cərrahi əməliyyatlarla nail olmaq mümkündür. Amma bu da 100 faiz effekt vermir. Ona görə də, dolğu üçün müraciət edəndə pasiyentlər çox diqqətli olmalıdıralar. Çünki, bəzən ölkəmizə qaçaqmalçılıq yolu ilə süni gellər gətirilir. Yaxud da Çinə və digər ölkələrə gedən insanlar ucuz qiymətə süni gelləri alıb ölkəmizə gətirirlər. Qiyməti ucuz olduğu üçün bunun fəsadlarından xəbərsiz olan, yaxud da bu kosmetoloji prosedurun qiymətinin aşağı olması ilə diqqət çəkmək istəyənlər ondan istifadə edirlər. Süni gellər əksər kosmetoloqlara aşağı qiymətə təklif olunur. Amma tibbi savadı olan, həkim kosmetoloqlar dərhal ona təklif olunan dolğunun istehsal olunduğu ölkədə müvafiq yoxlamalardan  keçdiyini, gömrükdən, səhiyyədən qanuni yolla keçərək ekspertizaya cəlb olunduğunu təsdiqləyən sənədlərini tələb etməlidir. Əgər dolğunu təklif edən şəxs bu sənədləri təqdim edə bilmirsə, deməli onun pasiyentlərə istifadəsi yolverilməzdir. Çox təəssüf ki, bu cür gellər instaqram və facebook sosial şəbəkələrində endirim adı altında satışa çıxardırlar. Onu da qeyd edim ki, dünyada tanınmış firmalar ixtisaslaşmış kosmetoloqlarla iş birliyi qurur. Çox nadir hallarda nüfuzlu firmaların istehsalı olan kosmetoloji vasitələr, eləcə də dolğular pərakəndə şəkildə satılır. 
-Dolğuların fəsadlarından danışdınız. Bunu aradan qaldırmaq üçün sizin bir kosmetoloq kimi tətbiq etdiyiniz kosmetoloji prosedur varmı?
-Bu günlərdə bir pasiyent “işıq dolğusu” zamanı yaranmış problemlə bağlı mənə müraciət etmişdi. Halbuki istifadə edilən dolğu təbii olmaqla yanaşı, kosmetoloq da tanınmış insan idi. Amma dolğu vurulan nayihədə şişkinlik, suluq yaranmışdı. Kosmetoloq dolğunu səhv metodla vurduğu üçün 45 gün keçməsinə baxmayaraq sifətdə ciddi qüsur müşahidə olunurdu. Mən tətbiq etdiyim kosmetoloji prosedurla o şişkinliyi aradan qaldıraraq pasiyenti müalicə etdim. Yəni, vaxtında və düzgün seçim etdikdə fəsadları aradan qaldırmaq mümkündür. Çox təəssüf ki, bəzən insanlar elə hesab edir ki, iynə vurmağı bacarırsa kosmetoloq kimi çalışa bilər. Bu yalnış düşüncədir...
-Aytac xanım biz söhbəti əsasə xanımlar, onların yararlandığı kosmetoloji prosedurlar üzərində qurduq. Amma bu gün kişilər arasında da kosmetoloji xidmətlərdən yararlananların sayı az deyil...
-Əlbəttə kişilər arasında da kosmetoloqa müraciət edənlər var. Mən kişi cinsindən olan insanların kosmetoloqa müraciətində heç bir qəbahət görmürəm. O ki, qaldı onların müraciət etdiyi kosmetoloji prosedurlara, əsasən kişilər mədə kiçiltmə əməliyyatından sonra üzlərində olan sallanmanın aradan qaldırılması, üzün əvvəlki oval forma alması üçün kosmetoloqlara üz tuturlar. Çəki çox itirdikdə bu problem yaranır. Mən kişi pasiyentləri özüm qəbul etməsəm də, mərkəzimizdəki digər kosmetoloqlara yönləndirirəm. Amma kişilər arasında botoksa müraciət edənlər də az deyil. 
- Aytac xanım kosmetoloji vasitələrlə yanaşı, kosmetoloji aparatlardan istifadə də geniş yayılıb. Hətta mən deyərdim ki, son vaxtlar müxtəlif aparatlar vasitəsilə cavanlaşma daha çox dəb halına düşüb. Bu aparatların istifadəsi nə qədər effekt verir? Fəsadları varmı? 
-Kosmetoloji aparatlar arasında günümüzdə ən çox tələbat olan  HİFU SMAS aparatıdır. Bu aparatlla aparılan prosedurundan sonra solğun və elastikliyini itirmiş (sallanmış) üz dərisi rəngini, elastikliyini bərpa edir, cavanlaşır. Bu cür sınaqdan keçirilmiş aparatlar üz dərisinin cavablaşdırılmasında heç bir fəsadla müşahidə olunmur. 
-Bədəndən piy çəkərək sifətin, eləcə də bədənin müxtəlif nayihələrinə vurulması nə dərəcədə təhlükəsiz prosedurdur? Bu prosedura müraciət edən xanımlar arasında ölüm halları belə müşahidə olunur. 
-Bizə də belə müraciətlər olur ki, pasiyentlər müxtəlif nayihələrindən piy çəkərək sifətlərini doldurmaq, ağız ətrafı, göz ətrafına vurulmasını istəyirlər. Amma bu tam təhlükəsiz prosedur deyil. Mən təbii dolğuları ondan daha çox məsləhət görürəm. Bir neçə ildən sonra belə prosedurların sonu əməliyyatlarla nəticələnir. 

Zülfiyyə QULUYEVA

 

Sizin Reklam Yeriniz