Əlaqə Arxiv
news Image
2019.03.17
21:23
| A A A
Soyuq duşun FAYDALARI

Əksəriyyət isti və ilıq suda yuyunmağı, duş qəbul etməyi sevir. Bu, çoxlarına rahatlıq gətirir. Soyuq su ilə duş alanlara isə çox az hallarda rast gəlmək mümkündür. Amma bunun faydalarının daha çox olduğu bildirilir.

Birdən-birə soyuq duş qəbul etmək çətin prosedur sayılsa da, tədricən çətinlik aradan qalxır, qısa bir zamanda soyuq suya alışqanlıq yaranır.

Movqe.az e-tibb.az-a istinadən bildirir ki, soyuq duş daha gümrah olmağa kömək edir. Son məlumatlara görə, soyuq su qan dövranını da yaxşılaşdırır. Ələlxüsus səhərlər qəbul edilən soyuq duş daha gümrah olmağa imkan verir.

Bunun stress halında olanlara da böyük faydalarının olduğu deyilir. Soyuq duş pis əhval-ruhiyyəni, əsəbiliyi aradan qaldırır.

Çox isti, yaxud isti su ilə saçların yuyulması onların PH dəyərini pozur, quru dərinin daha da qurumasına səbəb olur. İsti su dərinin, həmçinin saçların daha çox yağlanmasına, kəpək yaranmasına da yol açır.

Soyuq su ilə yuyulan saçlar isə daha parlaq olur, gec kirlənir. Bu həm də dəridə olan iltihabi prosesin qarşısını alır.

Soyuq duş artıq çəkili insanlar üçün də faydalı sayılır. Hər gün soyuq duş qəbul etməklə bədəndə yığılan piyləri asanlıqla əritmək olar. Bu, orqanizmdə yığılan toksinlərin kənarlaşmasına da yardım edir.

Bundan başqa, soyuq su ilə yuyunmaq kişilərdə sperma sayının artmasına və onun  keyfiyyətinə təsir edir. Kişilərin isti hamamdan, isti duşdan kənar qalmaları, əvəzində soyuq duş qəbul etmələri spermanın azalmasının qarşını alır.

Soyuq su bədəndə olan qidalandırıcı maddələri artırır, hüceyrələri yetərində oksigenlə təmin edir.

Orqanizmin möhkəmlənməsi, immun sisteminin güclənməsi baxımından da soyuq duşun əvəzsiz olduğu bildirilir. Belə olan halda orqanizm viruslarla daha yaxşı mübarizə apara bilir...

Sizin Reklam Yeriniz