Əlaqə Arxiv
news Image
2019.03.27
20:10
| A A A
Hər gün 4 qoz ləpəsini yeməyin saysız-hesabsız faydaları

Qoz bütün dünyada ən faydalı və qiymətli qida məhsulu sayılır.

Müalicəvi və profilaktik xüsusiyyətlərinə görə qoz bütün digər çərəzlər arasında əsl çempiondur.

Movqe.az Saglamolun.az-a istinadən bildirir ki, qida mütəxəssisləri hər gün 4 qoz ləpəsi yeməyi tövsiyə edirlər. Bunun insan sağlamlığına saysız-hesabsız faydaları vardır:

- Ürək və damarı xəstəliklərdən qoruyur.

- Qanda xolesterinin səviyyəsini aşağı salır.

- İnsult və infarktın riskini azaldır.

- Şəkərli diabetin riskini azaldır.

- Metabolik sindromunun profilaktikasıdır.

- Beyinin fəaliyyətini yaxşılaşdırır.

- İnsanın əhvalını yaxşılaşdırır.

- Təzyiqi tənzimləyir.

- Güclü antioksidant xüsusiyyətlərinə görə orqanizmi hüceyrə səviyyəsində qoruyur.

- Tərkibində olan L-arginin maddəsi sayəsində damarlarda trombların əmələ gəlməsinin qarşısını alır.

- Orqanizmdə iltihabları azaldır.

- Artritin riskini azaldır.

- Süd vəzi xərçənginin riskini azaldır.

- Prostat vəzi xərçənginin riskini azaldır.

- Kişilərdə potensiyanı yaxşılaşdırır.

-  Yaddaşı yaxşılaşdırır.

- Beyinin erkən qocalmasının qarşısını alır.

- Yodla zəngin olduğundan qalxanvari vəzinin fəaliyyətinə çox müsbət təzir edir.

- Sümüklərin sağlamlığına müsbət təzir edir.

- Arıqlamağa kömək edir.

 

Sizin Reklam Yeriniz