Bu xəstəliklərdə çuğundur yemək təhlükəlidir
Həkimlər çuğundurun bir sıra xəstələrə əks göstəriş olduğunu bildirib. Bu tərəvəz nə qədər faydalı olsa da, bəzi xəstəlikləri kəskinləşdirir.
Mövqe.az medicina.az-a istinadən çuğundurun kimlərə qadağan olunmasını təqdim edir.
- Qastriti, mədə xorası olanlara çiy çuğundur olmaz.
Çuğundur turşuluğu artırır, mədə-bağırsaqda spazm verib, ishal yaradır
- Şəkər xəstələri - çuğundurda çox miqdarda şəkər var.
- Sidik kisə və böyrək daşı olanlar
- Oynaqlarında şişkinlik və iltihab, artroz, artrit olanlara da olmaz, çünki iltihabı artıra bilər
- Böyrək çatışmazlığı olanlara - şişkinlik yaradır