Əlaqə Arxiv
news Image
2020.02.21
19:27
| A A A
Xərçəng əleyhinə təsir göstərən tərəvəz - Özü kimi yarpaqları da...

Yarpaqları da özü kimi faydalı olan tərəvəzlərdən biri də turpdur.

Mövqe.az medicina.az-a istinadən bildirir ki, turp və yarpaqları C vitamini ilə zəngindir. Qocalma ilə mübarizə aparır, immun sistemini möhkəmləndirir, damarların elastikliyini artırır.

Turp piylərin parçalanmasını sürətləndirir. Bu səbəbdən diyetoloqlar bu tərəvəzi arıqlamaq üçün olan pəhrizlərə tez-tez əlavə edirlər. Turp azkalorili tərəvəzdir - 100 qr turpda yalnız 16 kalori var.Turp "fitonsidlər" adlanan xüsusi maddələrlə zəngindir. Bu maddələr "təbii antibiotik"lər kimi tanınır. Fitonsidlər orqanizmdə bakteriya, mikrob, viruslarla mübarizə aparır.

Turpun tərkibində "antosian" adlanan maddə var. Bu maddə orqanizmə xərçəng əleyhinə təsir göstərir.

Sizin Reklam Yeriniz