Əlaqə Arxiv
news Image
2020.03.25
09:09
| A A A
Ermənistanda koronavirusa yoluxanların sayı 249-a yüksəlib
"Ermənistanda koronavirusa yoluxanların sayı 249-a yüksəlib, onlardan birinin vəziyyəti son dərəcə ağırdır". APA "med.news"a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. O qeyd edib ki, xəstələrin əksəriyyəti "Nork" Yoluxucu Xəstəliklər Mərkəzindədir: "Yoluxanların əksəriyyətində hərarət və ya digər simptomlar yoxdur, infeksiyanın yayılmasının qarşısını almaq üçün xəstəxanada qalırlar". Baş nazirin sözlərinə görə, yoluxmuş insanlar arasında 11 xəstənin yaşı 65-dən, 5-nin yaşı isə 70-dən yuxarıdır: "Xəstələr arasında yaşı 80-dən yuxarı olan yoxdur. 30 xəstədə pnevmoniyadır, onlardan 5-i reanimasiya şöbəsindədir, bir nəfərin vəziyyəti son dərəcə ağırdır".
Sizin Reklam Yeriniz