Əlaqə Arxiv
news Image
2020.04.02
20:04
| A A A
Karantindəki insanlar neçə müddət sonra normal həyata qayıda bilər?

"Karantindən sonra normal həyata dönmək asan deyil".

Milli.Az "haberglobal"-a istinadən bildirir ki, bunu türkiyəli psixoloq Onur Okan Dəmirçi deyib.

O, Böyük Britaniyada karantinə alınmış şəxslərlə bağlı hesabatdan sonra bu qənaətə gəlib.

Hesabata görə, koronavirus şübhəsi ilə karantinə alınmış şəxslərin 54 faizi müəyyən olunmuş müddət bitdikdən sonra da öskürən və asqıran şəxslərdən qaçır, 26 faizi insanların kütləvi toplaşdığı yerlərə getmək istəmir, 21 faizi isə əhali üçün açıq olan heç bir yerə getmir. Bu insanların normal həyata dönmə müddətinin bir neçə aydan üç ilə qədər uzanacağı proqnozlaşdırılır.

Dəmirçi bu araşdırmanın karantindən sonra insanların normal həyatlarına davam etməsinin o qədər də asan olmadığını sübut etdiyini bildirib:

"Nə qədər vaxtda normal həyata qayıda biləcəyimiz isə karantin müddətində görəcəyimiz tədbirlərdən, həmçinin vaxtın və itkilərin minimuma endirilməsindən asılı olacaq".

Psixiatrın sözlərinə görə ən yüksək psixoloji stressə 16-24 yaş aralığında olan insanlar məruz qalırlar.

"Sadəcə önümüzdəki bir neçə təcrid həftəsini deyil, bundan sonrakı daha uzun ola biləcək psixoloji problemlər dövrünü ciddi şəkildə düşünmək lazımdır", - deyə o, sözlərini yekunlaşdırıb.

Sizin Reklam Yeriniz