Əlaqə Arxiv
news Image
2020.04.07
11:55
| A A A
İsraildə COVID-19 daşıyıcılarının sayı 9 mini keçdi
İsraildə son sutkada koronavirusa yoluxanların sayı artıb. Bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb. Məlumata görə, son sutkada daha 395 nəfərdə koronavirus aşkarlanıb. Beləliklə, ölkədə qeydə alınmış koronavirus faktlarının sayı 9 006-ya çatıb. Bildirilir ki, bunlardan 56-sı ölüb, 683 nəfər isə sağalıb. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 348 000-i ötüb. Bunların 286 512 nəfəri sağalıb, 74 795 nəfəri isə ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Sizin Reklam Yeriniz