Əlaqə Arxiv
news Image
2020.04.14
17:05
| A A A
Həkimlər pampers geyinməli olacaq - Təhlükəsizlik naminə

Koronavirus xəstələrinin müalicəsi üçün hər gün yeni-yeni ekstren mərkəzlər açılır. Bu xəstəxanalarda növbəyə girən tibbi personal 8 saat xüsusi skafandr və maskada olmalıdır.

Xəstələrin olduğu hissə infeksiyalı və çirkli zona hesab olunur. Bu mərtəbələrdə tualet var, amma həkimlərin xüsusi geyimləri səbəbindən tualetə getmələri mümkün deyil və hər dəfə də bu geyimi çıxarmaları təhlükəlidir.

 Rusiya səhiyyə naziri bildirib ki, çirkli zonada kostyumun tualetə görə çıxarılması qadağan olunacaq. Həkim yalnız növbəsi bitib təmiz zonaya keçməzdən öncə kostyumu çıxara bilər. Həkimlər tualet məsələsinin isə bir çıxış yolu var: personal üçün pamperslər alınacaq.

"Bu çox delikat məsələdir, amma həkimləri qorumaq üçün az əhəmiyyətli deyil. Problemin bu cür həlli xüsusi geyimlərin azlığı səbəbindən yox, məhz personalın infeksiyadan qorunması və xəstələrə fasiləsiz, lazım olan anda kömək etmələri üçündür.

Bir həkimin tualetə gedib kostyumu çıxarıb, sonra yenidən təmizini geyinməsi azı 30 dəqiqə vaxt aparacaq. Bu isə ağır xəstələrə vaxtında müdaxilə etmək imkanlarını məhdudlaşdırır.

(medicina.az)

Sizin Reklam Yeriniz