Əlaqə Arxiv
news Image
2020.04.23
19:05
| A A A
Ağciyərləri bu 2 vasitə ilə qoruyun

Ağciyərləri infeksiyalardan dərmansız sadə üsulla qorumağın metodlarından birini 30 illik iş təcrübəsi olan rusiyalı həkim pulmonoloq açıqlayıb.

Bahalı dərmanlardan da effektiv olan bu vasitə sizi infeksiyaların tüğyan etdiyi dövrdə ağciyərlərinizi müdafiə edə bilər.

Mövqe.az medicina.az-a istinadən bildirir ki, ağciyər toxuması yağlardan ibarət orqandır, ona yağ maddələri çatmadıqda normal funksiya göstərmir.

Əgər siz gündə 20 qram təmiz kərə yağı yesəniz, artıq çəki olmayacaq, amma ağciyərləriniz kifayət qədər qidalanacaq.

Siqaret çəkənlər üçün bu doza sutkada 40 qram yağdır.

Resept isə belədir: 50 qram kərə yağı, 50 qram təmiz bal və 20 ml aloe şirəsi qarışdırılır. Çox dadlı bir səhər yeməyi alınır. Bu qarışımı soyuducuda saxlayıb, hər gün 1-2 dəfə bir çay qaşığı yeyirsiz.

Eləcə də apteklərdə tapılan aloenin spirtdə cövhəri də qəbul oluna bilər. Onun qəbul təlimatı üzərində olur.

Sizin Reklam Yeriniz