ÜST: Dünyada koronavirusa yoluxanların sayı 86,1 min artıb - STATİSTİKA
Dünyada koronavirusa yoluxanların sayı 3 435 894 nəfərə çatıb.
Mövqe.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Təşkilatın məlumatına görə, dünyada COVID-19-dan 239 604 ölüm qeydə alınıb. Bildirilir ki, son bir gündə ayır-ayrı ölkələrdə koronavirusa daha 86 108 nəfərin yoluxduğu təsdiqlənib. Bu, ötən günlə müqayisədə 4 min çoxdur.
Dünyada COVID-19-a ən çox yoluxma və ölüm halları Avropada qeydə alınıb. Köhnə qitədə 1 544 145 koronavirusa yoluxma halı təsdiqlənib, 143 987 nəfər pandemiyanın qurbanı olub. Qitədə 24 saat ərzində virusa yoluxanların sayı 25 250 nəfər artıb, daha 1 320 nəfər ölüb.
Şimali və Cənubi Amerikada 1 433 756 insan koronavirusa yoluxub, 77 827 nəfər ölüb. Bu region bir gün ərzində yoluxmanın sayına görə (49 115) Avropanı ötüb.
Koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.