Əlaqə Arxiv
news Image
2020.08.01
18:48
| A A A
Azərbaycan əhalisinin 20 faizi idmanla məşğul olur, 15 faizi siqaret çəkir

Dövlət Statistika Komitəsinin 2019-cu ilə aid olan statistik müayinəsinə əsasən, ölkəmizdə yaşı 15-dən yuxarı olan əhalinin 20,4 faizi idmanla məşğul olur, 15,2 faizi siqaret çəkir. Statistik müayinə zamanı məlum olub ki, yaşı 15-dən yuxarı olanların 18,1 faizi bir neçə ildir siqaret çəkir. Ümumən, gündə çəkilən siqaretlərin orta sayı 14,9 ədəddir. Yetkinlik yaşında olanların 5,6 faizlik hissəsi isə gündə 20 ədəddən (bir qutu) çox siqaret çəkir.

Məlum olub ki, insanlar yaşlandıqca idmanla məşğul olmaqdan imtina edir. Buna görə də idmanla əsasən, 15-45 yaş aralığında məşğul olurlar. 15-19 yaş aralığında olanların 43,5 faizi idmana maraq göstərir. Yaşı 65-dən yuxarı olanların yalnız 5,2 faizi idmanla məşğul olur.

İdamandan fərqli olaraq siqaret çəkməyə meyil yaş artdıqca güclənir. 15-19 yaşlarında olanların 0,2 faizi siqaret çəkdiyi halda, 45-64 yaş aralığında olanların 21,5 faizi siqaret çəkir.

İdmanla məşğul olmağı daha çox kişilər sevir. Qadınlar da idmana maraq göstərir, amma 20 yaşdan sonra idmana olan maraq sürətlə zəifləyir.

Kişilərin 31 faizi, qadınlarınsa 11 faizi idmanla məşğul olur.

İdmanda olduğu kimi siqaret çəkənlərin də çox hissəsini kişilər təşkil edir. Kişilərin 32 faizi siqaret çəkir. Bu nisbət 45-64 yaşda 47,2 faizə yüksəlir.  

Statistik müayinədə qadınların nə qədər hissəsinin siqaret çəkdiyi müəyyənləşdirilməyib.

Vasif

Sizin Reklam Yeriniz