Əlaqə Arxiv
news Image
2020.08.04
14:21
| A A A
ÜST: Hazırda COVID-19 əleyhinə "universal silah" yoxdur
"Koronavirusa qarşı effektiv vaksin ümumiyyətlə, heç ortaya çıxmaya da bilər". Bu barədə Tedros Adhanom Qebreyesus bildirib. "Bir sıra vaksinlər hazırda klinik sınaqların üçüncü mərhələsindədir və hamımız ümid edirik ki, insanların yoluxmasının qarşısını almağa kömək edən bir neçə təsirli peyvəndimiz olacaq. Ancaq hazırda "universal silah" yoxdur və o, ümumiyyətlə heç ortaya çıxmaya da bilər", - ÜST rəhbəri Cenevrədə keçirilən mətbuat konfransında deyib. O, ölkələri və hökumətləri pandemiyaya qarşı tədbirlərə - maska taxılmasına, sosial məsafə saxlanılmasına, əl gigiyenasına və testlərə ciddi riayət etməyə çağırıb. Onun sözlərinə görə, maska taxmaq artıq dünyada həmrəyliyin rəmzi olmalıdır.
Sizin Reklam Yeriniz