Əlaqə Arxiv
news Image
2020.08.11
11:53
| A A A
Çindən gələn tibb ekspertləri Respublika Klinik Xəstəxanasında olub (FOTO)
Avqustun 10-da ölkəmizə Çindən gələn tibb ekspertləri Ak. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında olub. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Mövqe.az-a verilən məlumata görə, ekspertlər qeyri-COVID xəstəxanasında stasionar və poliklinik şöbələrdə yaradılmış şəraitlə, pasiyentlərin qəbulu prosesi, xəstələrin çeşidlənməsi və payız-qış mövsümünə hazırlıqla tanış olublar. Eyni zamanda, TƏBİB-in mütəxəssisləri ilə praktiki və nəzəri fikir mübadiləsi aparılıb. Qeyd edək ki, avqustun 4-də Azərbaycanda COVID-19 pandemiyası ilə mübarizədə yerli mütəxəssislərlə təcrübə mübadiləsi aparılması məqsədilə Çin hökuməti bir qrup tibbi eksperti ölkəmizə göndərib.
Sizin Reklam Yeriniz