Əlaqə Arxiv
news Image
2020.08.20
15:22
| A A A
ÜST-in tövsiyyəsi: "Karantin rejimi bütün ölkə üzrə yox, bölgələr üzrə tətbiq olunsun
Nəzarət və epidemioloji sistemlərin etibarlı olması da vacibdir

COVID-19 xəstəliyinin ortaya çıxmasından bəri aylar ötüb. Hər zaman dediyimiz kimi, bu yeni xəstəlikdir. Ona görə bu virusla, xəstəliklə bağlı çox az şey bilirdik. Aylar keçdikcə bu barədə məlumatımız da çoxaldı.

Mövqe.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

O bildirib ki, bütün bu tədbirlər dünyada olduğu kimi Azərbaycanda da xəstələrin sayının azalmasına səbəb oldu. Lakin bütün dünyada olduğu kimi, Azərbaycanda da həm ictimai həyat, həm də iqtisadi həyatla bağlı olaraq bütün əhaliyə və hökumətin üzərinə yük gətirdi.

İctimai səhiyyə tədbirlərindən bəhs edərkən ara məsafəsinin saxlanması, maskadan istifadə, gigiyenik qaydalarına və əl gigiyenası qaydalarına riayət edilməlidir.

Bunların nəticəsində ortaya çıxan ictimai səhiyyə sahəsində önləyici tədbirlər bütün dünyada faydalı oldu. Yəni nə zaman bu önləyici tədbirlər tətbiq edildisə, orada xəstələrin və ölümlərin sayı azaldı. Harada bu tədbirlər daha az tətbiq edildisə və ya tətbiq edilmədisə orada xəstələrin sayı artdı. Bu eyni ölkə üçün də müşahidə olundu. Eyni ölkə bu karantin rejiminə bənzər ictimai səhiyyə tədbirlərini tətbiq etdiyi zaman xəstə sayı azaldı. Bunları aradan qaldırdığı zaman isə xəstələrin sayları artdı.

O bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı xəstəliyin çıxdığı birinci gündən etibarən bu xəstəliklə bağlı mövcud olan bütün dəlilləri toplayaraq ən düzgün təlimatları hazırlamağa çalışdı. Bu tövsiyələrdən ölkələr özləri üçün ən uyğun olduğu düşündükləri tədbirləri alaraq bunlardan istifadə etdilər. İndi pandemiya ilə mübarizədə yeni bir dövr başlayır. Payız fəsli gələndə bu xəstəliklə əlaqədar bir çox ekspertlər qlobal olaraq xəstə saylarının artmasını gözləyir. “Ümumdünya Səhiyyə Təşkilatı yeni bir dövrdə artıq alınan təlimatların istifadəsini tövsiyə edir. İndiyədək öyrəndiyimiz hər şeyi yenidən nəzərdən keçirməyimiz artıq bundan sonra ölkələrin ümumi olaraq sıx karantin rejiminə deyil, bölgə-bölgə olaraq bu tədbirlərin görülməsi, onlardan istifadə edilməsinin lazımlılığını tövsiyə edir,” – deyə Hande Harmancı bildirib.

ÜST təmsilçisinin fikrincə pandemiya ilə mübarizənin lokallaşdırılması üçün bütün ölkələrin hansı bölgələrdə xəstəliyin vəziyyəti ilə bağlı məlumat toplaması çox önəmlidir. Nəzarət və epidemioloji sistemlərin etibarlı olması da vacibdir.

COVID-19 xəstələri ilə təmasda olanların izlənilməsi, yəni bir nəfər xəstə olduğu zaman, o insan hansı insanlarla ünsiyyətdə olub, həmin şəxslərin müşahidəsi və onların da bu xəstəliyi başqasına yoluxdurmasının qarşısının alınması son dərəcə önəmlidir.

Bu xəstəlik ən azı bir il, böyük ehtimalla iki il və daha çox bizimlə birlikdə olacaq. Odur ki, bütün dünyanı əhatə edəcək vaksinin tapılması üçün ümidimiz var, amma ortada sübutumuz çox yoxdur. Ona görə peyvənd tapılarsa belə, onun hər kəsə çatdırılması üçün uzun müddət lazımdır. Ona görə biz gigiyenik qaydalara və ara məsafənin qorunmasına çalışmalıyıq.

Önümüzdəki günlərdə və aylarda artıq yeni normal həyata dönmək üçün bütün ölkələrin yollar axtarması lazımdır. Bu yeni normal həyat sosial və iqtisadi həyat davam edərkən, eyni zamanda, xəstəliyə yoluxmanın qarşısının alına bilinəcəyi bütün qaydalardan istifadə edilməlidir. İnsanlar gigiyenik qaydalarına riayət etməli, ara məsafələri saxlamalıdırlar.

Hande Harmancı hesab edir ki, bunlar edildikdə ölkələr və hökumətlər ümumiyyətlə sərtləşdirilmiş karantin rejimi kimi tədbirlərin tətbiqinin əvəzinə yerli, bölgələrə, kəndlərə xas tədbirlər görərək bu xəstəliklə mübarizəni apara biləcəklər. Ümid edirik ki, bundan sonra ÜST olaraq bütün ölkə miqyasında deyil, lazımi və əhali arasında xəstəliyin yayıldığı yerlərdə yerli, lokal qapanmaları tətbiq edərək bu xəstəliklə mübarizəni aparacağıq.

Sizin Reklam Yeriniz