Əlaqə Arxiv
news Image
2020.08.27
15:55
| A A A
TƏBİB-in İdarə heyəti yanında Tibbi-Elmi Komitənin növbəti iclası keçirilib

Bu gün TƏBİB-in İdarə Heyəti yanında “Covid-19 virus infeksiyası ilə bağlı preventiv tədbirlərin və yeniliklərin öyrənilməsi ilə bağlı Tibbi-Elmi Komitə”nin növbəti iclası keçirilib.

TƏBİB-dən Mövqe-yə verilən məlumata görə, onlayn formatda keçirilən iclasda TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı, TƏBİB-in Tibbi xidmətlər departamentinin müdiri Firəngiz Əliyeva, Komitənin sədri, ATU-nun Tibbi mikrobiologiya və immunologiya kafedrasının professoru, t.e.d. Akif Qurbanov və üzvlər iştirak edib. İclasda koronavirus pandemiyası ilə bağlı ölkəmizdəki vəziyyət, “COVID-19 virusuna qarşı endogen müdafiə resurslarına əsaslanan müalicə üsulunun işlənilməsi” adlı qrant layihəsi, COVID-19 pnevmoniyasının patogenetik müalicəsinə yeni yanaşmalar və s. mövzularda müzakirələr aparılıb.

Sonda Azərbaycanda COVID-19 vaksininin tətbiqi strategiyası haqqında Tibbi-Elmi Komitənin təklifləri dinlənilib.

Sizin Reklam Yeriniz