Əlaqə Arxiv
news Image
2020.09.17
17:47
| A A A
Azərbaycanda kütləvi yoluxma qeydə alınan bazar bağlandı

Nazirlər Kabineti yanında Operativ Qərargah Şəkidə "Bazar" adlanan ərazidə koronavirus infeksiyasına kütləvi yoluxma faktı ilə bağlı məlumat yayıb.

Qərargahdan Mövqe.az-a bildirilib ki, mövcud vəziyyətdə infeksiya ocağının bazar olduğu nəzərə alınaraq, yaxın günlərdə profilaktik dezinfeksiya işləri məqsədilə, Operativ Qərargah tərəfindən bazarın müvəqqəti bağlanması qərarı verilib.

Qeyd edək ki, həmin ərazidə sentyabrın 1-dən bu günə qədər götürülən test nümunələrinin 13-də koronovirus testi pozitiv olub. 

Sizin Reklam Yeriniz