Əlaqə Arxiv
news Image
2020.10.16
18:39
| A A A
Azərbaycan xalqı sadəcə sağlamlığı üçün deyil, əsgəri, ordusu üçün COVİD-19-la mübarizə aparmalıdır - Rəşad Mahmudov
Bütün dünya ölkələrindəki çağırışlardan fərqli olaraq Azərbaycan xalqı bu gün sadəcə sağlamlığı üçün deyil, hər birimizin bir dəqiqə belə unuda bilmədiyi əsgəri üçün, vətəni üçün, ordusu üçün COVİD-19-a hamılıqla yox deməlidir! Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov deyib. Onun sözlərinə görə, bu gün hər birimiz koronavirusa yoluxanların sayını azaltmağa deyil, hətta sıfırlamağa məcburuq: "Gəlin, səhiyyə işçilərimizi, həkimlərimizi COVİD-19 mübarizəsiylə məşğul etməyək, fədakar tibb işçilərimizin gücünü, ruhunu öz əsgərinə, öz ordusuna, öz haqlı davası uğrunda mübarizədə zədələnmiş, xəsarət görmüş insanların sağlamlığına həsr edək! Gəlin, Ali Baş Komandan və hökumət üzvlərinin diqqətini səngərdən və haqlı davamızdan başqa heç bir yerə ayırmayaq!".
Sizin Reklam Yeriniz