Əlaqə Arxiv
news Image
2021.01.03
14:52
| A A A
Əlilliyi olan 20 nəfərə təkərli oturacaqlar verilib - FOTO

20 nəfər əlilliyi olan şəxsə təkərli oturacaqlar yaşadıqları bölgələrə aparılaraq verilib.  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Mövqe-yəverilən məlumata görə, nazirliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya  Mərkəzi respublikamızın bölgələrində yaşayan əlilliyi olan şəxslərə səyyar formada xidmətlərini davam etdirir.

Mərkəz tərəfindən daha 20 nəfər əlilliyi olan şəxsə təkərli oturacaqlar yaşadıqları şəhər və rayonlara (Sumqayıt, Xırdalan, Quba, Xaçmaz, Biləsuvar, Cəlilabad, Masallı və Lənkəran) aparılaraq təqdim edilib. Həmin rayonlarda yaşayan digər bir qrup əlilliyi olan şəxsə də 12 reabilitasiya vasitəsi verilib.

Əlilliyi olan şəxslər ehtiyac duyduqları reabilitasiya vasitələrinin elə öz yaşadıqları bölgələrə gətirilib onlara verilməsindən razılıqlarını bildiriblər.

Sizin Reklam Yeriniz