Əlaqə Arxiv
news Image
2021.01.08
09:00
| A A A
Qəbizlik, yüksək təzyiq, ayaqlarda qıcolmalar... Bədəninizdə bu maddənin defisiti var

Kalium orqanizmin normal fəaliyyəti üçün ən vacib maddələrdən biri sayılır. Kalium əzələlər, sinir və ürək-damar sisteminin sağlamlığı üçün çox vacibdir.

Orqanizmdə kaliumun defisiti bir çox pozulmalara səbəb olur.

Saglamolun.az kaliumun çatışmazlığının simptomlarını sadalayır:

- Yüksək təzyiq. Kaliumun defisiti zamanı damarlar sıxılır, spazm olur ki, bu da təzyiqi artırır. Yüksək təzyiqdən əziyyət çəkənlər kaliumla zəngin olan məhsulların istehlakını artırmalıdırlar. Digər tərəfdən kalium orqanizmdən natriumun çıxmasını tezləşdirir. Natrium (xörək duzu) bədəndə mayeni saxlayaraq təzyiqin qalxmasına səbəb olur.

- Əzələ zəifliyi və qıcolmalar. Kalium əzələləri “boşaldır”. Orqanizmdə kalium azdırsa əzələlərdə spazm və ağrılar əmələ gəlir.

- Ürəyin “dayanması” hissi. Ürək ritminin pozulmasə, aritmiyə, ürəyin sanki “dayanması” kimi simptomlar da kaliumun səviyyəsinin azalması ilə bağlı ola bilər.

- Zəiflik, başgicəllənməsi, bayılma.

- Qəbizlik. Kalium bağırsaqların normal fəaliyyətində böyük rol oynayır. Bu səbəbdən kaliumun defisiti zamanı qəbizlik, köp, qarında spazm və ağrılar ola bilər.

- Bədəndə keyimə və arabir sancma hissi. Kalium periferik sinir sisteminin normal fəaliyyəti üçün çox vacibdir. Bu səbəbdən onun çatışmazlığı ətraflar və bədənin digər yerlərində keyimə və arabir sancma  hissinə səbəb olur.

- Yorğunluq. Xroniki, səbəbsiz yorğunluq da orqanizmdə kaliumun defisitinə işarə edə bilər.

Nəzərə almaq lazımdır ki, duzlu, hisə verilmiş qidalar, müxtəlif yarımfabrikatların çoxlu miqdarda istehlakı orqanizmdə kaliumun səviyyəsini aşağı salır. Bu məhsullar natrimla zəngindir. Natrium isə orqanizmdən kalsiumu çıxardır.

- Şişkinlik. Yuxarıda qeyd etdiyimiz kimi, kalium orqanizmdən natriumu çıxardır. Natrium bədəndə artıq mayenin toplanması və şişkinliyə səbəb olur.  

Kaliumla zəngin olan məhsullar bunlardır:

- ərik qurusu

- lobya

- mərci

- qara gavalı

- kişmiş

- çərəzlər

- banan

- kartof

- pomidor

- balqabaq

- yemiş

- noxud

- göbələk.

Sizin Reklam Yeriniz