Əlaqə Arxiv
news Image
2021.01.08
17:27
| A A A
Azərbaycanda 1 879 nəfər COVID-19-dan sağalıb, 532 nəfər yoluxub, 24 nəfər vəfat edib
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 532 yeni yoluxma faktı qeydə alınıb, 1 879 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 223 417 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 205 406 nəfər müalicə olunaraq sağalıb, 2 869 nəfər vəfat edib, aktiv xəstə sayı 15 142 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 383, ötən müddət ərzində isə ümumilikdə 2 250 291 test aparılıb.
Sizin Reklam Yeriniz