Əlaqə Arxiv
news Image
2021.02.23
09:40
| A A A
Latviyada koronavirusa yoluxanların sayı artıb

 

Latviyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 274 nəfər artaraq 81 min 793-ə çatıb.

Movqe.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Latviyanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 1 milyon 433 min 305 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 3 min 334 nəfərdən 274-nün testinin nəticəsi müsbət çıxıb.

Ölkədə son sutka ərzində COVID-19-dan 4 ölüm faktı qeydə alınıb. Sağalanların sayı isə rəsmi ümumi rəqəmlərə əsasən, 70 min 741 nəfər təşkil edir.

Latviyada koronavirusa yeni yoluxma hallarının artacağı istisna olunmur.

Sizin Reklam Yeriniz