Əlaqə Arxiv
news Image
2021.03.02
10:28
| A A A
Afrikada koronavirusa yoluxma səbəbindən ölənlərin sayı 103 mini keçdi

Afrika ölkələrində koronavirusa yoluxanların sayı son dörd gündə 42 571 nəfər artaraq 3 897 427 nəfər təşkil edib.

Movqe.az Trend-ə istinadla məlumat verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının regional nümayəndiliyi bildirib.

Məlumata əsasən, ötən dörd gündə bölgədə koronavirusa yoluxanlar arasında ölüm sayı 1331 nəfər artaraq 103,700-ə çatıb.

Yoluxanların və ölənlərin çoxu Cənubi Afrikada aşkar edilib - müvafiq olaraq 1 513 393 və 49 993 nəfər.

Sizin Reklam Yeriniz