Əlaqə Arxiv
news Image
2021.03.03
10:00
| A A A
ÜST: Dünyada ötən sutka koronavirusa 280 mindən çox yoluxma qeydə alınıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 280 mindən çox artıb.

Movqe.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 280 653 nəfər yeni koronavirusa yoluxub, 6 630 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 114 140 104, ölənlərin isə 2 535 520 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Sizin Reklam Yeriniz