Əlaqə Arxiv
news Image
2021.03.04
20:23
| A A A
Azərbaycanda koronavirusdan 124 nəfər sağalıb, 314 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 124 nəfər müalicə olunaraq sağalıb, 314 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Movqe.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 235 min 647 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 229 min 267 nəfər müalicə olunaraq sağalıb, 3232 nəfər vəfat edib. Aktiv xəstə sayı 3148 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 627 min 991 test aparılıb. Bugünkü test sayı isə 9183-dür.

Sizin Reklam Yeriniz