Əlaqə Arxiv
news Image
2021.03.19
09:00
| A A A
Fransanın 16 departamentində 4 həftəlik karantin rejimi başlayıb

Fransada martın 19-u gecə saat 00:00-dan Paris də daxil olmaqla, 16 departamentdə 4 həftəlik təcrid rejimi başlayıb.

Movqe.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Fransa Baş naziri Jan Kasteks mətbuat konfransında deyib. Bildirilib ki, ölkədə epidemiyanın üçüncü dalğası başlayıb və virusun sürətlə yayılmasının qarşısını almaq üçün təcrid rejimi ən münasib variantdır. Ancaq birinci təcrid rejimindən fərqli olaraq, bu, daha yumşaq olacaq. Yeni qaydalara görə, ölkənin yalnız 16 departamentində karantin rejimi tətbiq edilir. Təcridolma rejiminin tətbiqinə baxmayaraq, məktəblər fəaliyyət göstərəcək. Karantin rejiminin tətbiq olunduğu bir departamentdən digərinə getmək qadağandır.

Komendant saatı axsam saat 18:00-dən deyil, 19:00-dan başlayacaq. İnsanlar xüsusi arayışlarla, yaşadıqları yerdən 10 kilometr radiusda hərəkət edə bilərlər, regionlararası gediş-gəliş qadağandır. Distant iş rejiminə üstünlük veriləcək. İnsanlar həftənin 4 gününü evdən işləyəcəklər.

Peyvənd kampaniyası barədə də danışan Baş nazir yayadək 30 milyon insanın peyvənd ediləcəyini bildirib.

Sizin Reklam Yeriniz