Əlaqə Arxiv
news Image
2021.03.31
17:57
| A A A
Qara çay orqanizmi tonusda saxlamağa kömək edir

Çay kamelia sinensis bitkisinin qurulmuş yarpaqlarına isti su tökmək, çay yarpaqlarını dəmləmək və suya təam və ətir verməklə hazırlanan içkidir. Çayın tərkibində faydalı minerallar və C vitamini var. Ürək-damar xəstəliklərinə yaxşı təsir edir, həzm prosesini asanlaşdırır, dişləri çürüməyə qoymur. Amma bəzən yayda çay içməkdənsə su içməyə üstünlük verənlər də olur.

Mütəxəssislər bildirirlər ki, çay içməyin mövsümü yoxdur, əksinə sərinlik gətirən vasitədir. Bir fincan isti çaydan sonra dərinin temperaturu 1-2 dərəcə endiyinə görə orqanizmdə sərinlik yaranır.

Həkimlərin dediyinə görə, hazırda pandemiya dövründə tez-tez çay içmək daha yaxşı olar. Movqe.az-ın məlumatına görə, həkim-diyetoloq Ləman Süleymanova isə AZƏRTAC-a bildirib ki, çay içmək tənəffüs yollarında hüceyrə mübadiləsinin intensiv getməsinə kömək edir, xəstəliklə mübarizəni asanlaşdırır, soyuqdəymə hallarında tərlədici və stimullaşdırıcı vasitə hesab olunur: "Qara çayın tərkibində tanin maddəsi var, onun antioksidant dəyəri yüksəkdir və orqanizmi tonusda saxlamağa kömək edir. Çayı yeməkdən yarım saat əvvəl, iki saat sonra qəbul etmək məsləhətdir. Dəmir defisitli anemiyadan əziyyət çəkənlər çay və qəhvə kimi içkilərdən az istifadə etməlidirlər".

Çayın dadına və ətrinə onun sortundan və keyfiyyətindən başqa suyun da yaxşı olması təsir edir. Dəmlənmiş çay çox qalanda ətrini və rəngini dəyişir, vitaminlər aktivliyini itirir. Təbii və təzə dəmlənmiş çay həm sağlamlığa, həm də əhval-ruhiyyəyə müsbət təsir göstərir.

Sizin Reklam Yeriniz