Əlaqə Arxiv
news Image
2021.04.01
13:45
| A A A
Şimali Koreyada indiyədək koronavirusa yoluxma halı aşkarlanmayıb

KXDR-in tibb işçiləri pandemiyanın əvvəlindən bəri 21,6 min test keçirib və onların hamısı mənfi nəticələnib.

Movqe.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Cənubi Koreyanın YTN telekanalı Ümumdünya Səhiyyə Təşkilatına istinadla məlumat yayıb.

KXDR koronavirus infeksiyasının ölkəyə daxil olmasının qarşısını almaq məqsədilə ötən ilin yanvar ayından sərhədlərini tam bağlayıb.

Bir qədər əvvəl xarici KİV-lərdə COVAX mexanizmi çərçivəsində Şimali Koreyaya 1,99 milyon vaksin dozası ayrılacağı və onlardan 1,7 milyon dozanın artıq may ayına qədər KXDR-ə çatdırılacağı ilə bağlı məlumat yayılmışdı.

Pandemiyanın statistikasını aparan Worldometer saytının məlumatına əsasən, indiyədək dünyada 129 milyon 515 mindən çox yoluxma və 2 milyon 829 mindən çox ölüm faktı qeydə alınıb, 104 milyon 468 min nəfər COVID-19 xəstəliyindən sağalıb. Müalicəsi davam edən 22 milyon 218 min xəstədən 96 min 552 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Sizin Reklam Yeriniz