Əlaqə Arxiv
news Image
2021.04.01
14:27
| A A A
ABŞ-da 65 yaşdan yuxarı əhalinin 75 faizi vaksinasiya olunub

ABŞ hakimiyyəti 65 yaşdan yuxarı əhalinin təqribən 75 faizini koronavirus infeksiyası əleyhinə vaksinasiya edib.

Movqe.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden ESPN telekanalına müsahibəsində deyib.

ABŞ liderinin sözlərinə görə, vaksinasiya infeksiyanın yayılma sürətinin xeyli aşağı düşməsinə səbəb olacaq. Cozef Bayden, eyni zamanda diqqəti administrasiyanın ölkədə əhalinin vaksinasiyasını həyata keçirən əməkdaşların sayını bir neçə min nəfər artırdığına və bunun üçün əlavə mərkəzlər açdığına yönəldib.

Birləşmiş Ştatların lideri, həmçinin pandemiya səbəbindən tətbiq olunan sanitar məhdudiyyətləri vaxtından əvvəl ləğv edən ştatların yerli hakimiyyət orqanlarını tənqid edib.

Qeyd edək ki, ötən ilin martında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının bu günə olan məlumatına əsasən, ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 31 milyon 166 mini ötüb, 565 min 256 nəfər isə həyatını itirib. Birləşmiş Ştatlar həm xəstəliyə yoluxanların, həm də ölənlərin sayına görə dünyada birinci yerdədir.

Sizin Reklam Yeriniz