Əlaqə Arxiv
news Image
2021.04.05
13:00
| A A A
Venesuela parlamenti koronavirusa görə işini dayandırdı

Venesuela parlamenti koronavirus pandemiyası ilə əlaqədar bir həftə müddətinə işini dayandırıb.

Movqe.az Trend-ə istinadla məlumat verir ki, bu barədə parlamentin sədri Xorxe Rodriges bildirib.

Qeyd olunur ki, aprelin 5-dən etibarən parlamentin plenar, eləcə də komissiya iclasları keçirilməyəcək. Parlament bu həftə yalnız zərurət yaranacağı təqdirdə toplana bilər.

Bir müddət əvvəl Venesuela prezidenti Nikolas Maduro aprelin 5-dən başlayaraq sərt karantin tədbirlərini daha bir həftə müddətinə uzatdığını elan etmişdi.

Ölkədə bu günədək 166 mindən çox şəxs koronavirusa yoluxub, 1 644 nəfər vəfat edib.

Sizin Reklam Yeriniz