Əlaqə Arxiv
news Image
2021.04.12
12:18
| A A A
Türkiyədə koronavirusa gündəlik yoluxmada kəskin artım müşahidə olunur

Türkiyədə yeni növ koronavirus infeksiyasının yayılmasında, gündəlik ölüm halında və ağır xəstələrin sayında dinamik artım davam edir.

Movqe.az AZƏRTAC-a istinadla xəbər verir ki, aprelin 11-də ölkədə 294 min 274 nəfər testdən keçirilib. Onlardan 50 min 678 nəfərdə infeksiyanın əlamətləri aşkarlanıb, 2 min 548 nəfər xəstəxanalara cəlb edilib. Gün ərzində bu xəstəlikdən 237 nəfər ölüb, 30 min 194 nəfər isə sağalıb.

İndiyədək ümumilikdə 3 milyon 849 min 11 nəfərdə virus aşkarlanıb, 33 min 939 nəfər ölüb. Hazırda 2 min 824 nəfər reanimasiyadadır.

Gündəlik test olunanların sayı artdıqca virus daşıyıcısının daha çox olması müəyyən olunur. Bu hal deməyə əsas verir ki, ölkədə infeksiyanın yayılma riski çox yüksəkdir. Digər tərəfdən ağır xəstə sayının durmadan artması ölüm hallarının yüksəlişinə birbaşa təsir göstərir.

Sizin Reklam Yeriniz