Əlaqə Arxiv
news Image
2021.04.17
13:50
| A A A
Rusiyada bir gündə 398 nəfər koronavirusdan ölüb

Rusiyada koronavirusa yoluxanların sayı 4,7 milyona çatır.

Movqe.az Trend-ə istinadla bildirir ki, ölkədə son sutka ərzində 9 321 nəfər virusa yoluxub, 398 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 4 693 469 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 105 193 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 4 319 389 şəxs virusdan sağalıb, 268 887 nəfərin müalicəsi isə davam edir.

Sizin Reklam Yeriniz