Əlaqə Arxiv
news Image
2021.04.22
09:22
| A A A
Hindistanda koronavirus ştammının üçqat mutasiyası aşkarlanıb

COVID-19-un üç müxtəlif ştammının birləşməsindən yaranan üçqat koronavirus mutasiyası Hindistanın ən azı üç regionunda aşkarlanıb. Movqe.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə “NDTV” telekanalı ekspertlərə istinadla məlumat yayıb.

Onların sözlərinə görə, virusun yeni ştammı artıq Maharaştra və Qərbi Benqal əyalətlərində, eləcə də milli paytaxt dairəsi Dehlidə (Yeni Dehli də daxil olmaqla) infeksiyaya səbəb olub.

“Koronavirusun daha yoluxucu olan bu variantı insanlar arasında çox sürətlə yayılır”, - deyə telekanal epidemiologiya professoru Madhukar Paidən sitat gətirib.

Ekspertlərin fikrincə, ölkədə və dünyada xəstələnmə hallarının artmasına koronavirusun yeni variantları səbəb olur. Ekspert hesab edir ki, yeni ştammları öyrənmək və onların genomunu sıralamaq lazımdır, çünki virus nə qədər çox yayılırsa, bir o qədər çox mutasiyaya uğrayır.

Hindistanın Səhiyyə və Ailənin Rifahı Nazirliyinin məlumatlarına görə, son bir gündə ölkədə 295 041 koronavirus infeksiyası aşkarlanıb. Epidemiyanın bütün dövrü ərzində Hindistanda koronavirusa yoluxanların ümumi sayı 15 616 130 nəfərədək artıb. Artıq 182 553 nəfər bu xəstəlikdən həyatını itirib.

Sizin Reklam Yeriniz