Əlaqə Arxiv
news Image
2021.04.29
12:44
| A A A
Ermənistanda koronavirusa yoluxanların sayı 215 mini ötdü

 

Ermənistanda son sutka ərzində daha 656 nəfər koronavirusa yoluxub.

Virtualaz.org bildirir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Qeyd olunub ki, bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 215 528 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə həm də 16 nəfər ölüb və bu infeksiyadan həyatını itirənlərin ümumi sayı 4087-ə yüksəlib.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı isə 1013 nəfərdir.

Hazırda Ermənistanda 13 257 nəfər aktiv koronavirus xəstəsi var.

Sizin Reklam Yeriniz