Əlaqə Arxiv
news Image
2021.05.14
18:07
| A A A
Bu gün Azərbaycanda 13 mindən çox vətəndaş COVID-19 əleyhinə peyvənd olunub

Mayın 14-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 13 min 107 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 3127, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 9980 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 761 min 632-yə çatıb. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 22 min 479, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 739 min 153 nəfərdir.

Sizin Reklam Yeriniz